Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəlib-ÖZƏL

93

Sosialmedia.az xəbər verir ki, Zəngilanın Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəlib.
Artıq uşağın adı da məlumdur. Zeynalovlar ailəsi övladlarına Turan adını verib.
Uşağın səhhəti ilə bağlı danışan ata qeyd edib ki, hazırda körpə həkim nəzarətindədir və sağlamlığında heç bir problem yoxdur.