Uşaqlarda xərçəng xəstəliyinin əlamətləri-ÖZƏL

259

Sosialmedia.az xəbər verir ki, uşaqlarda onkoloji xəstəliyin başladığının ilkin əlamətlərini təqdim edir.
Xərçəngin erkən mərhələsində uşaqlar daha çox narahatlıqlar hiss edir.

Tez-tez hərarəti qalxır, qarını şişir, burundan qanaxma, ürəkbulanma, qusma olur.
“Maskalanmış simptomlar var. Bədəndə naməlum göyərmələr, səpkilər, hərarətin qalxıb enməsi, antibiotiklə düşməyən qızdırma, sümüklərdə ağrılar, qaraciyərin böyüməsi, dalaqda böyümə, ağrılı limfa düyünləri hər bir valideynin diqqətini çəkməlidir”.
Azərbaycanda uşaqlar arasında daha çox qeydə alınan qan xərçəngi leykozun ilk başda əlamətlərini təqdim edir:

1. Təngnəfəslik, nəfəsin tıxanması, gəzəndə nəfəsin çatmaması, tövşümə
Leykoz zamanı qanda trombositlərin miqdarı kəskin azalır, ona görə ağciyər və orqanlara oksigen təminatı pozulur. İnsan əvvəl iş görəndə, çox gəzəndə, daha sonra elə ev içində, sakit halında tövşüyür, nəfəsi sanki çatmır, təngnəfəs olur.
2. Tez yorulur, xroniki halsızlıq
Qanda trombositlərin az olması yorğunluğu artırır, insan yerindən qalxmağa ərinir.
3. Bədən səthində irili-xırdalı göyərmələr
Əgər bir yerə bərk toxunmadan, yatıb səhəri qalxıb qollar, diz, bel, ayaqlarda göyərmələr, qançırlar görürsünüzsə bu artıq trombositlərə bağlı simpomdur. Bir səbəbi də leykozdur.
4. Limfa düyünlərinin böyüməsi
Limfa düyünləri bir çox xəstəliklərdə, iltihabda şişdiyinə görə şişib sonra çəkilir. Ona görə bu əlamət sizi qorxutmasın. Amma əgər limfa düyünləri ilin 3-5 ayını elə böyük, şiş qalırsa və yaxşılaşma olmursa, bu artıq ciddi səbəbdir.
5. Dəridə qırmızı nöqtə və ləkələrin yaranması
Bu ləkələr uzun müddət getmir və əksinə artır.
6. Gecələr tərləmə
Qızdırma olmasa da gecələr səbəbsiz tərləmə də leykoza işarə ola bilər
7. Burundan qan açılma, yaraların gec sağalması
Qanın laxtalanması pozulduğu üçün qan çox duru olur və burundan tez-tez qan açılır.
Əgər siz bu əlamətlərdən ibarət kliniki təzahür və mənzərə görsəniz, o zaman təcili həkimə müraciət edin.