Vüsal Quliyev : Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı vətəndaş cəmiyyəti silsilə tədbirlər keçirəcək-Özəl

173

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının Naxçıvan Muxtar Respublikasına səfər edib.

QHT.az APA-nın Naxçıvan bürosuna istinadən xəbər verir ki, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, 2023-cü il, “Heydə Əliyev İli” çərçivəsində vətəndaş cəmiyyətin ayr-ayrı institutları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir: “Belə bir təşəbbüs irəli sürüldü ki, bütün vətəndaş cəmiyyəti institutları, həmkarlar, qeyri-hökumət, veteran və ağsaqqallar təşkilatları, o cümlədən media qurumları birlikdə ulu öndərin həyatının böyük hissəsini həsr etdiyi Naxçıvana səfər təşkil olunsun.

Mən xüsusilə qeyd etmək istəyirəm ki, bu, vətəndaş cəmiyyəti institutlarının buraya ilk dəfə bu tərkibdə səfəridir. Səfər çərçivəsində ulu öndərin ömrünü həsr etdiyi Naxçıvan şəhəri ilə tanışlıq olacaq, “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçiriləcək. Ümumilikdə təqribən 250 nəfər bu səfərdə iştirak edir. Onu da qeyd edim ki, bu “Heydər Əliyev İli” ilə bağlı vətəndaş cəmiyyəti təşkilatlarının ilk tədbiridir, ilin sonunadək bu istiqamətdə silsilə tədbirlər keçiriləcək”.