Sosial şəbəkələrdə tanış olduğu qadınların evini soydu- Özəl

102

Sosialmedia.az xəbər verir ki, Sosial şəbəkələrdə tanış olduğu qadınların evindən və parfümeriya mağazasından oğurluq edən şəxslər saxlanılıb.
Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə polisə müraciət edən qadın “Azar” sosial şəbəkəsində tanış olduğu şəxsin onun evindən 100 dollar və dəyəri 4000 manat olan qızıl-zinət əşyalarını oğurladığını bildirib.

Hadisəni törətməkdə şübhəli bilinən Elman Eminov saxlanılıb. O, izahatında etdiyi oğurluğu etiraf edib. Araşdırma zamanı Elman Eminovun digər bu kimi cinayətlər törətməkdə şübəli bilindiyi üçün axtarışda olduğu müəyyən edilib.

Bundan əlavə, Bakıxanov qəsəbəsində yerləşən parfümeriya mağazasında satıcının mobil telefonunu oğurlayan Xəqani İsmayılov da tutulub. Həmin şəxs izahatında mobil telefonu satdığını bildirib.

Faktlarla bağlı toplanan materiallar audiyyəti üzrə göndərilib, arşadırmalar davam etdirilir.

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.