Sumqayıt hadisələrindən 35 il ötür-ÕZƏL

154

Sosialmedia.az xəbər verir ki, Sumqayıt hadisələrindən 35 il õtür. Bu tarix hər bir Sumqayıtlının yaddaşına həkk olunub. Bu hadisələrdən sonra neçə gənc günahsız həbs olundu və qətlə yetirildi.

Həmin gün başlayan mübarizə 30 illik müharibənin başlanğıcı oldu.

1988-ci il fevralın 27-dən 29-na qədər Sumqayıt şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əhalinin arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən erməni təxribatçı qrupları ilə birgə qırğınlar törədib. Nəticədə 32 nəfər qətlə yetirilib, onlardan 26-sı erməni milliyyətindən olub. Hadisələri törətməkdə məqsəd dünya ictimaiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi.

Sumqayıt hadisələrinin təşkilatçısı erməni əsilli, iki dəfə məhkum olunmuş Eduard Robertoviç Qriqoryan adlı şəxs idi. Onun cinayət işinin ittiham aktında bununla bağlı belə yazılmışdır: “1988-ci il fevralın 28-də E.R.Qriqoryan Sumqayıt şəhərində kütləvi iğtişaşlar baş verdiyini bilərək erməni millətindən olan vətəndaşlar barəsində cinayətlər törətmək məqsədilə saat 16 radələrində şəhər avtovağzalı rayonunda, Sülh və Dostluq küçələrinin kəsişdiyi yerdə toplaşmış, metal boru parçaları, metal çubuqlar, dəyənək və başqa əşyalarla silahlanmış halda xuliqanlıq edən bir qrup şəxsə qoşulmuşdur”.

General Krayevin rəhbərliyi ilə fevralın 28-dən 29-na keçən gecə daxil olmuş ordu hissələri şəhəri mühasirəyə aldı. Nəticədə 6 azərbaycanlı tankların altında qalaraq şəhid olmuş, 400 nəfər xəsarət almış, 200 mənzil talan edilmiş, 50 mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomobil yararsız hala salınmışdır.

SSRİ Prokurorluğu və Dövlət Təhlükəsizlik Komitəsinın nümayəndələrindən ibarət istintaq qrupu isə baş verənlərdə azərbaycanlıları ittiham edib. Nəticədə 3 minə yaxın günahsız Sumqayıt sakini həbs olunmuşdur. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edilmiş, 94 nəfər barəsində isə cinayət işi açılmışdır.