Pul qarşılığında 8 yaşlı qızının cinsi istismarına şərait yaradan anaya hökm oxunub- Özəl

185

Sosialmedia.az xəbər verir ki, 2018-ci ildə pul qarşılığında 8 yaşlı qızının cinsi istismarına şərait yaradan anaya hökm oxunub.

Kafedə işləyən ana öncə 8 yaşlı qızını 100 manat qarşılığında kafenin sahibinə cinsi istismara məruz qalması üçün verib. Kafe sahibi azyaşlınını özünə aid avtomobildə zorlayıb.

Daha sonra isə ana 8 yaşlı qızını kirayədə qaldığı evin sahibinə də pul qarşılığında zorlaması üçün verib.

Hökmə əsasən, azyaşlının anası 15 il müddətinə, digər iki pedofil isə hər biri 18 il müddətinə azadlıqdan məhrum edilib