Zob Xəstəliyi Nədir- Özəl

213

Sosialmedia.az xəbər verir ki, zob – qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balanssızlıq nəticəsində iltihab və bədxassəli şiş ilə əlaqəsi olmayan böyüməsidir. Xəstəlik ilkin mərhələdə özünü biruzə vermədiyinə görə, xəstələr uzun müddət heç bir narahatlıq hissi keçirmir. Tibbdə “boğaz uru” olaraq təyin olunan və xalq arasında “zob” kimi tanınan xəstəlik qığırdaq quruluşunun bir qədər altında yerləşir. Qalxanabənzər vəz endokrin bezidir. Funksiyası isə T3 və T4 adlı hormonları istehsal edir və orqanları qana buraxır. Qanda kifayət qədər miqdarda olması lazım olan bu hormonların, əsas vəzifəsi orqanizmdə maddələr mübadiləsi ilə bağlı bütün prosesləri idarə etmək və düzgün işləməsini təmin etməkdir.

Zobun Əlamətləri Nələrdir?
Endokrin bezlərdən biri olan qalxanabənzər vəzi T3 (triiodotironin) və T4 (tiroksin) hormonlarının istehsalı və qan dövranına salınmasından məsuldur. Maddələr mübadiləsi ilə bağlı bütün prosesləri idarə edən və həyata keçirən qalxanabənzər vəzi bu funksiyaları yerinə yetirə bilmirsə, bir çox müxtəlif sağlamlıq problemləri və bununla bağlı əlamətlər meydana çıxır. Zob simptomları olaraq da təyin olunan, bu vəziyyət qalxanabənzər vəzinin az və ya çox işləməsinə bağlı olaraq bir çox xəstəliklərdən qaynaqlana bilər. Zobun əlamətlərini aşağıdakı kimi sıralana bilər:
Yorğunluq və zəiflik;
Qidalanmada əhəmiyyətli bir dəyişiklik etmədən çəki qazanmaq və ya itirmək;
Daimi yatmaq istəyi və yuxudan oyana bilməmək, gün ərzində yorğunluq hissi və yuxu problemləri;
Depressiv əhval-ruhiyyə, konsentrasiyanın olmaması və yaddaşın zəifləməsi;
Boğazda göynəmələr və davamlı quru öskürək, boğulma tutmaları;
Qollarda və ya ayaqlarda qəfil uyuşma hissi, əzələ və oynaq ağrıları; Menstruasiya zamanı ağrıların artması və menstruasiya dövrünün normaldan uzun və ya qısa davam etməsi;
Saç tökülməsi, quru və cansız saçlar, kiprik və qaşların incəlməsi, dərinin quruluğu və dırnaqların qırılması
Əlamətlər ilə xəstəlik özünü biruzə verə bilir. Əgər sizdə də yuxarıdakı əlamətlər varsa, ən qısa zamanda həkimə müraciət etməyinizdə fayda vardır.

Xəstəlik Necə Müalicə Olunmalıdır?
Zob xəstəliyinin müalicəsi həkim-endokrinoloq tərəfindən aparılmalı və müalicənin təyini xəstəliyin növü və yaranma səbəblərinə əsasən seçilməlidir. Qalxanvari vəz hormonlarının çatışmazlığı (hipotireoz) ilə müşayiət olunan zob zamanı, həmin hormon tərkibli dərman preparatları təyin olunmalıdır. Həmin dərmanların dozası müvafiq laborator analizlərin nəticəsinə görə, düzgün seçilərsə xəstənin vəziyyəti əksər hallarda tezliklə yaxşılaşır. Müalicənin davam etmə müddəti isə həkim tərəfində