Çəkiyə görə,gündə nə qədər su içmək lazımdır?-Özəl

279

Sosialmedia.az xəbər verir ki,
sağlamlığınız üçün hər gün mütləq su içmək lazım olduğunu bilirsiniz. İçməli olduğunuz suyun miqdarı isə çəkinizlə mütanasibdir. Çəkinizə görə gündə içəcəyiniz su miqdarı haqqında  sizə məlumat veririk.

Bəzi insanların etdiyi ən böyük səhv su əvəzinə digər içəcəkləri içmələridir. Sağlam metabolizma üçün hər gün müəyən miqdarda su içmək lazımdır. İçəcəyiniz suyun miqdarı isə çəkinizə görə dəyişir. Günlük içəcəyiniz suyun miqdarını  bilmirsinizsə aşağıdakı cədvəl sizə kömək edə bilər:

Çəkiyə görə günlük su ehtiyacı

Çəki           Gündəlik su ehtiyacı
36 –             1,182
45 –             1,478  
54 –             1,774  
63 –             2,070  
72 –             2,365  
81 –             2,661  
90 –             2,957  
99 –             3,253  
108 –           3,548  
117 –           3,844 
127 –            4,140 
136 –            4,436 
145 –            4,731

Əgər gündəlik içəcəyiniz suyun miqadarı qədər su və ya sadə su içmək istəmirsinizsə, o zaman içdiyiniz suyun içərisinə bir limon dilimi və ya istənilən meyvəni atıb içə bilərsiniz. Bu həm görünüşü gözəlləşdirəcək, həm də suyu canlandıracaq. Mütəxəssizlərin rəyinə görə adicə bir yaşıl, təravətli yarpaq belə içdiyimiz suyu canlandıra bilir. Çalışın içdiyiniz suya da diqqət edin.

Qaynadılmış və ya süzülmüş su içməyin. Gecədən dondurucuda dondurulmuş suyu səhər tezdən qoyun donu açılsın. Don açılan zaman görəcəksiniz ki, suyun dibində nə qədər lazımsız maddələr yığışıb. Suyun təmiz hissəsini ayrıca qaba alıb, gün ərzində onu için. Bu daha faydalıdır.