Qolun ağrıması hansı xəstəliyin əlamətidir-Özəl

333

Sosialmedia.az xəbər verir ki, qol ağrıları bir çox faktordan asılı ola bilər. Oynaq ağrıları, iltihabı, əsəblə bağlı olaraq qolda ağrı, qaşıntı verə bilər. Müalicə üsulu da ağrının səbəbinə görə dəyişir.

Qol ağrıları hansı xəstəlikdən xəbər verir?
Sol qol ağrısının səbəbləri sırasına adətən oynaq yaralanmaları, əsəb zədələnmələri və ya ürəklə bağlı problemlər aiddir.

Müalicə olunmadığı zaman ürək funksiyalarını itirməyə başlayır və infarkta səbəb olur.

İnfarktın əlamətləri isə aşağıdakı kimidir:

Sinə ağrısı
Beldə, boyunda, çiyində və çənədə ağrı
Mədədə ağrı və ya qusma
Baş dönməsi və ürək getmə
Yorğunluq
Soyuq tərləmə
Yorğunluq
Sol qolda ağrı

Sol və sağ qol ağrısının səbəbləri arasında ilk sıralarda əzələ çəkilməsi gəlir. Əzələ çəkilməsi qolda bir və ya daha çox əzələlərin gərilməsinə bağlı olaraq ağrı yarada bilər.

Ağrının şiddəti isə əzələlərin gərginlik dərəcəsinə bağlıdır. Gərgin əzələlər sərtləşir və həssaslaşır