Samirə Mustafayeva seçiləri ilə görüşdü

765

Göyçay kənd 88 saylı seçki dairəsindəndən növbədənkənar Parlament seçkilərinə qeydiyata alınmış namizəd Samirə Vəli qızı Mustafayeva bu gün rayonun Potu kəndində seçiçilərlə görüşdü.

SosialMedia.az xəbər verir ki, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva uzun müddət QHT-da fəaliyyət göstərməklə yanaşı ictimayyət arasında səmimiyyəti, mehdribanlığı, diqqətli və qayğıkeş olmağı ilə seçilib. Samirə Mustafayevanın bir çox lahiyələri ölkəmizdə və xaricdə dəstəklənib. Həmişə xalqın arasında olan namizəd Göyçay rayonunda da tanınır. Beləki rayonun kəndələrində sakinlərlə görüş keçirdən S. Mustafayeva seçiçilərin çətinliklərini qeydiyyata alaraq, lazimi tədbirlərin görülməsinə, qaldırılan məslələrin həlli olunmasına çalışır.

Bu gün Potu kənd sakinləri ilə görüşündə kənd ağsaqqaları, ziyalıları və gəncləri Samirə xanıma kəndin yolllarının düzəlməsi, suvarma kanallarının təmizlənməsi barədə müraciət etdilər. Ana məhəbbəti, qadın mərhəməti, xanım ləyaqəti ilə seçiçiləri dinləyən namizəd bütün seçiçilərə hörmətlə yanaşır. Məhz bu dəyərlərə sadiq qalan sakinlər Samirə Mustafayevaya qarşı isti münasibət bəsləyir. Bu günkü görüşdə də belə bir nəticəyə gəlmək olar ki, xalq sadəliyi, səmimiyyəti 9 fevral 2020 ci ildə seçkilər günü öz seçdikləri namizədi dəstəkləməklə verəcək.